36 maşın toqquşdu, yanğın oldu: ölənlər var

Braziliyanın iki böyük şəhərini birləşdirən magistralda zəncirvarı qəza olub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Rio-de-janeyro və San-Paulu arasında qeydə alınıb.


36 avtomobil bir-birinə çırpılıb. Qəzadan sonra yanğın olub, 2 yük və 14 minik avtomobili tamamilə yanıb. Nəticədə iki nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Qəzaya yolda görünüşün pis olması səbəb olub. Magistralın həmin ərazisində meşə yanğınları başlayıb və yolu tüstü qatı bürüyüb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub, yol tamamilə bağlanıb.
 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR