Dolların möhkəmlənməsi nefti ucuzlaşdırır

Dolların digər aparıcı valyutalara nisbətən möhkəmlənməsi neftin ucuzlaşmasına səbəb olub. APA TV-nin məlumatına görə, dolların bahalaşmasına ABŞ-da Federal Ehtiyat Sisteminin təşkilatçılığı ilə keçirilən bank simpoziumu səbəb olub. Simpoziumda FES-in rəhbəri Canet Yellen və Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin çıxışları maraq doğurur.

 

ABŞ Energetika Nazirliyi ötən həftə ölkədə sutkalıq neft hasilatının 9,53 milyon barelə çatdığını açıqlayıb. Bu, 2015-ci ilin iyulundan sonra qeydə alınan ən yüksək göstəricidir. Ölkədə neft ehtiyatları 3,3 milyon barel azalaraq 463 milyon barelə enib, benzin ehtiyatları isə 1,2 milyon barel azalaraq 229,9 barelə düşüb. Bu göstəricilər "Harvi" qasırğasının neft sektoruna dağıdıcı təsirindən əvvəlki dövrə aiddir. Qasırğanın bazar qiymətlərinə əsas təsiri gələn həftənin ilk ticarət sessiyalarında hiss olunacaq.

 

Hazırda birjalarda "Brent" markalı neftin bir bareli 50,72 dollardan, Qərbi Texas neftinin bir bareli isə 45,92 dollardan satılır. İki marka arasında fərq yenidən 5 dollardan az olub. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR