ABŞ-da hərbi bazadan oğurlanan silah-sursat bu ölkələrə satılıb - SİYAHI

ABŞ-ın Kentukki ştatında "Fort-Kempbell" hərbi bazasının anbarlarından 1 milyon dollar məbləğində silah-sursat oğurlanıb.

 

APA TV-nin "AP" agentliyinə istinadən verdiyi məlumata görə, oğurlanan silah-sursatın bir qismi "qara bazar"da, qalanı isə "eBay" vasitəsi ilə satılıb.

 

Məlumata əsasən, müxtəlif silah və avadanlıq Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada sahibini tapıb.

 

Anbarlardan oğurlananlar arasında pulemyot və tüfənglər, gülləkeçirməyən zirehli gödəkçələr (bronejilet), dəbilqələr, optik nişangahlar, generatorlar, tibbi avadanlıqlar və s. olub.

 

Hadisə ilə əlaqədar saxlanılan 6 hərbçi və 1 mülki şəxs cinayəti törətdiklərini etiraf edib, istintaqla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR