Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda qəbul təşkil edilib

Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər bayramı münasibətilə qəbul təşkil olunub.

 

APA TV-nin məlumatına görə qəbul mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib.

 

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyə prezidentinin 30 avqust mesajını oxuyub. Mesajda bildirilir ki, 30 avqust zəfəri ilə türk milləti azad yaşama iradəsini dünyaya elan edib: “Türkiyə 95 il əvvəl olduğu kimi, bu gün də iqtisadi və siyasi təhdidlərlə mübarizə aparır. Ölkənin terror təşkilatlarına qarşı mübarizəsi vətəndaşlarının təhlükəsizliyini və qlobal təhlükəsizliyi təmin edir. Ölkəmiz hər cür çətinliklərin öhdəsindən gələ biləcək gücə malikdir". 

 

Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, ictimai-siyasi xadimlər iştirak edib.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR