Bayramı bölgələrdə keçirmək istəyənlər, bilet ala bilmisinizmi? - AÇIQLAMA

Bayram günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq. Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakovun APA TV-yə verdiyi məlumata görə, sərnişinlərin rayonlara və əks istiqamətə gediş-gəlişində hər hansı problem yaşanmayacaq: "Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq, kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçriilir. Qeyd edək ki, hazırda gün ərzində 400-450 reyslə təxminən 11-12 min sərnişin daşınırsa, bayram günlərində 600-dən yuxarı nəqliyyat vasitəsilə 16000-dən çox sərnişinin yola salınması nəzərdə tutulub".

 

Avtovağzal rəsmisi həmçinin kənardan cəlb olunan nəqliyyat vasitələrində qiymət artımının qarşısını almaq məqsədilə xüsusi komissiyanın yaradıldığını, bu kimi neqativ hallarla qarşılaşmamaq üçün sərnişinlərin biletləri yalnış bilet satışı kassalarından almalı olduğunu diqqətə çatdırıb.

 

"Azərbaycan Dəmir Yolları" QSC də Qurban bayramına xüsusi hazırlaşıb. 20 avqust tarixindən vağzalda müşahidə olunan sıxlıq səbəbindən sərnişinlərin  həm bilet alışı, həm də istənilən istiqamətə gediş-gəlişində mümkün neqativ halların olmaması üçün xüsusi tədbirlər görüləcək: "Bayram günlərində bildiyimiz kimi, sərnişin sıxlığı adi günlərə nisbətən daha da artıq olduğuna görə qatarlara əlavə vaqonlar qoşulacaq. Əlavə 10-15 arası. Tələbat hansı istiqamətə daha da çox olsa, o qədər də vaqon qoşulacaq. Hal-hazırda sıxlıq qərb istiqamətinə, bir də Gürcüstan tərəfə adi günlərə nisbətən daha çox müşahidə olunur".

 

Sevinc Qədirovanın sərnişinlərə tövsiyəsi də var: "Sərnişinlərə üzümü tutub demək istəyirəm ki, bayram günlərində bilet almaq istəyən sərnişinlər 10 gün əvvəlcədən kassalara yaxınlaşıb biletlərini alsınlar. Əlavə qoşulacaq vaqonlara isə həmin gün".

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR