Məkkədə rekord sayda zəvvar! - TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ GÜCLƏNDİRİLİB

Bu il Həcc ziyarətini rekord sayda zəvvar icra edir. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, yalnız bu gün Məkkəyə müxtəlif ölkələrdən 2 milyon müsəlman gəlib.


Onların arasında Səudiyyənin diplomatik münasibətləri kəsdiyi Qətər vətəndaşları da var.

Ölkədə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Rəhbərlik ötən iki ildə baş verən faciələrin təkrarlanmaması üçün əlindən gələni edib. Həmin hadisələr zamanı 2000-dən çox zəvvar həyatını itirmişdi:

"Hər şey yaxşıdır, təşkilatçılıqdan razılıq etmək olar. Adam çoxdur, buna baxmayaraq küçələrdə qayda-qanun gözlənilir. İndi hər kəs xüsusi buraxılış vərəqəsi almalıdır. Qeydiyyat isə elektron formada aparılır. Yeniliklər təqdirəlayiqdir" - deyə, zəvvarlardan biri vurğulayır.

Hazırda Səudiyyə Ərəbistanında temperatur 40 dərəcədən yuxarını göstərir. Zəvvarları da ən çox narahat edən məhz istilərdir. Onların səhhəti ilə məşğul olmağa tibb müəssisələrindən 30 min əməkdaş cəlb edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR