Türkiyənin dəstəklədiyi qüvvələrlə ABŞ hərbçiləri arasında döyüş oldu - SURİYADA

"Suriyadakı ABŞ hərbçiləri Türkiyənin dəstəklədiyi yerli müxalif qruplaşma ilə silahlı qarşıdurmaya qarışmaq məcburiyyətində qalıb".

APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bunu "Tərəddüdsüz qərarlılıq" əməliyyatının qərargah nümayəndəsi Rayan Dillon bildirib.

O deyib ki, Menbiçdəki əməliyyatda iştirak edən hərbçilər mühasirəyə alınıb, bundan sonra isə onlar tərəfindən cavab atəşi açılıb. Türkiyənin dəstəklədiyi müxalif qüvvələr də məhz bu bölgədə cəmləşib. ABŞ-ın Suriyadakı hərbi komandanlığı məsələ ilə bağlı Türkiyə tərəfinin artıq məlumatlandırıldığını bildirib.

Qeyd edək ki, 2011-ci ildə müxalif qüvvələrin prezident Bəşər Əsədi devirmək uğrunda başladığı mübarizə vətəndaş müharibəsinə çevrilib və bu, İŞİD kimi terrorçu qruplaşmaların daha da möhkəmlənməsinə səbbə olub. 2014-cü ildə isə ABŞ-ın komandanlıq etdiyi koalisiya İŞİD-ə qarşı mübarizəyə başlayıb.

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR