Masaj salonunda işləyən 26 yaşlı arvadını boğaraq öldürdü - HADİSƏ YERİNDƏN
Bakıda qətl hadisəsi baş verib. Hadisə Nizami rayonunda qeydə alınıb.
Nizami rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mənifovanı boğaraq öldürüb.
Hadisəni törədən şəxs saxlanılıb. Bəxtiyar Məmmədov ilkin ifadəsi zamanı bir neçə ildir Yeni kənd qəsəbəsi, 24 ünvanında həyat yoldaşı və 7 yaşlı oğlu ilə bərabər kirayə yaşadığını bildirib. Ailədə mübahisə qadının işdən evə tez-tez gec gəlməsindən yaranıb. Qonşular mərhumun çörək sexində işlədiyini bildirsələr də , istintaq zamanı Zülfiyyə Mənifovanın masaj salonunda işlədiyi bəlli olub. Məmmədov yazılı ifadəsində həyat yoldaşının bu vaxta qədər harada işləməsindən xəbərsiz olduğunu bildirib. Qətlə səbəb isə qadının mobil telefonunda aşkar olunan şəxsi şəkillərdir. Qadın şəkillərin mahiyyəti barədə həyat yoldaşına məlumat vermək istəməyib, münaqişə zamanı 36 yaşlı Bəxtiyar Məmmədov həyat yoldaşını boğaraq öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub