BDU-nun ilk azərbaycanlı rektorunun xatirə barelyefi açıldı
"Tağı Şahbazi Bakı Dövlət Universitetinə cəmi üç il rektorluq edib. Lakin bu qısa zamanda ciddi islahatlar həyata keçirib".
APA TV-nin məlumatına görə, ilk növbədə Azərbaycan dilində dərslərin sayı artırılıb, Vətən tarixi tədris olunmağa başlayıb. Onun rektorluğu dövründə azərbaycanlı tələbələrin sayı sürətlə artıb".
Bunu Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Bakıda, İstiqlaliyyət küçəsində Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru Tağı Abbas oğlu Şahbazinin yaşadığı evin qarşısında xatirə barelyefinin açılışı zamanı deyib. O qeyd edib ki, Tağı Şahbazi cəmi 45 il yaşayıb. Lakin hələ 30 yaşında ikən ictimai xadim üstəlik, yazıçı kimi fəal olub. Onun fərqləndirici xüsusiyyətlərindən biri həm də türkçü olması idi. Tələbələrə milli ruhu aşılaması isə Moskvanı narahat etməyə başlayıb. Onu vəzifəsindən azad ediblər. Tağı Şahbazi mühüm xidmətlərinə rəğmən, repressiyaya məruz qalıb və "millətçi" kimi güllələnib.
Abel Məhərrəmov əlavə edib ki, təəssüf ki, Tağı Şahbazinin xatirə lövhəsi 90-cı illərdə götürülmüşdü. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunub. Bu gün isə Tağı Şahbazinin 125 illik yubileyi ərəfəsində xatirə barelyefi latın qrafikası ilə yenidən təqdim olunub. Daha sonra rektor xatirə lövhəsini açıb.
Qeyd edək ki, xatirə lövhəsi həm də BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində açılıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub