ABŞ və Yaponiya Şimali Koreyaya neft satan ölkələri hədələyir

"BMT Təhlükəsizlik Şurası tərəfindən avqustun 29-da Şimali Koreyanın raket buraxmasından sonra qəbul olunan qətnamənin ardınca ABŞ və Yaponiya adı çəkilən ölkənin neft ixracına qadağa qoyulması variantını müzakirə edəcək".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Bessö bildirib. O deyib ki, hazırkı vəziyyətdə Şimali Koreyaya sanksiyalarla bağlı yeni qətnamə qəbul olunmalıdır və indi bu variant digər ölkələrlə birgə müzakirə edilir.

 

Qeyd edək ki, Şimali Koreyaya qarşı avqustun 5-də qəbul olunan sonuncu qətnamə dəniz məhsulları da daxil olmaqla, bir sıra strateji xammalın ixracına, habelə nüvə və raket proqramları ilə əlaqəsi olan şəxslərə  bəzi məhdudiyyətlərin tətbiq edilməsini nəzədə tutur.
 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR