"Harvi" 500 min maşını "metallom"a çevirdi, kimya zavodunda partlayış gözlənilir
ABŞ-ın Texas ştatında daşqınlar zamanı ölənlərin sayı 30-a çatıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə "New York Times" nəşri xəbər yayıb.
Ştatın baş məhkəmə-tibbi eksperti Erin Barnxart ölənlərin sayının artacağını istisna etməyib.
Qasırğadan sonra bölgədən 13 min adam köçürüb. Təkcə Hyustonda su basmış evlərdən 4 min nəfər çıxarılıb. Şəhərdə komendant saatı tətbiq edilib. Buna səbəb oğruların və cinayətkarların "iş başına" keçməsidir.
Təxminən 500 min avtomobil yararsız vəziyyətə düşüb, onlar dəmir tullantılarının qəbulu məntəqəsinə veriləcək.
Daha ciddi təhlükə Krosbi şəhərindəki "Arkema" şirkətinə məxsus kimyəvi zavodun olduğu ərazidə yaşanır. Təbii fəlakət səbəbindən zavodda hər an partlayış gözlənilir. Bütün personal və yaxınlıqdakı sakinlərin oradan köçürülməsinə başlanıb.
Bölgədəki müvəqqəti sığınacaqların isə artıq dolub.
Xatırladaq ki, Donald Tramp artıq qasırğa bölgəsinə gəlib. Prezident baş verənləri ABŞ tarixində ən böyük fəlakətlərdən biri kimi qiymətləndirib.
"Harvi" qasırğası sonuncu dəfə ölkəyə 12 il əvvəl ciddi ziyan vurub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub