Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana sentyabrın 10 və 11-nə nəzərdə tutulan səfəri təxirə salınıb". APA TV-nin məlumatına görə, bu açıqlamanı jurnalistlərə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral verib.
"Zəfər bayramı" münasibətilə Türk Şəhidliyində keçirilən mərasimdə çıxış edən səfir bildirib ki, 30 avqust - Zəfər bayramı tək Türkiyənin deyil, bütün Türk dünyasının bayramıdır. Bu bayram ilk dəfə böyük öndər Mustafa Kamal Atatürkün başçılığı ilə 1924-cü ildə Afyonda təntənə ilə qeyd edilib:
"Bu qələbə əlbəttə ki, türk millətinin var olma, əzm və qərarlılığının bir nəticəsi idi. Bu əzm və qərarlılığın bu gün bir zərrə belə olsa azalmadığını ötən il millət olaraq bütün dünyaya göstərdik. Bu əzm və qərarlılıq şübhəsiz ki, sonsuza qədər eyni güclə davam edəcək. Çünki bu mövzuda siz hər zaman bizim yol göstəricimiz olacaqsınız. Hər birimiz bilirik ki, bu yolda möhtac olduğumuz qüdrət damarlarımızdakı qanda mövcuddur".
Səfir Erkan Özoral abidənin önünə əklil qoyub.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib:
Mərasim iştirakçıları memorial kompleksi ziyarət edib, qəhrəman türk əsgərlərinin ruhuna ehtiramlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub