Kim Çen In: "Bu, hələ başlanğıcdır, raket sınaqlarımız davam edəcək"
Şimali Koreya lideri Kim Çen In son raket sınağının Quam adasına raket atışlarının "başlanğıcı" olduğunu bəyan edib. Onun sözlərinə görə, rəsmi Pxenyan ABŞ-ın bəyanatları və hərəkətlərini diqqətlə izləyəcək. APA TV-nin məlumatına görə, bu barədə Cənubi Koreyanın "Rönhap" agentliyi xəbər yayıb.
Xəbər verildiyi kimi, Şimali Koreya avqustun 29-da "Xvason-12" tipli ballistik raketini sınaqdan keçirdiyini təsdiqləyib. Təlimlərdə KXDR lideri Kim Çen In şəxsən iştirak edib.
Qeyd edək ki, Şimali Koreyaya məxsus raket Yaponiya üzərindən uçub keçərək Sakit okeana, Hokkaydo adasından 1180 km şərqə düşüb.
BMT TŞ isə təcili toplanıb. Qurumun bəyanatında Pxenyanın ballistik raket sınaqlarına və nüvə proqramının inkişafına dərhal son qoyması tələb olunur. Həmçinin qeyd edilir ki, Şimali Koreyanın bu addımları nəinki region ölkələri, bütün dünya üçün ciddi təhlükədir.
Bu arada rəsmi Tokio Şimali Koreyanın ölkənin üzərindən uçan raketini vurmamasına aydınlıq gətirib. Yaponiya hökuməti belə addım atılacağı təqdirdə bölgədə gərginliyin daha da artacağını bildirib.
Maraqlı burasıdır ki, bundan əvvəl Şimali Koreyanın adekvat davranışlarına aqressiv reaksiyalar verən ABŞ prezidenti Donald Tramp bu dəfə səssiz qalıb.
Ağ Ev sahibi sadəcə "dünya Şimali Koreyadan təhlükəli siqnal aldığını hiss etdi" sözləri ilə kifayətlənib.
Cənubi Koreya isə Pxenyanın son raket sınağına cavabsız qalmayıb. Sərhəddəki poliqona dörd təyyarə tərəfindən bombalar atılıb. Bu addımın təlim xarakterli olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub