"Harvi" qasırğası Qərbi Texas neftini sürətlə ucuzlaşdırır
"Harvi" qasırğasının nəticəsi olaraq Qərbi Texas nefti ucuzlaşmaqda davam edir, "Brent" neftinin qiyməti isə stabilləşir. APA TV-nin məlumatına görə, WTİ markalı neftin qiyməti 46,34 dollara enib, "Brent" markalı neftin qiyməti isə 51,47 dollar səviyyəsində qalır. İki marka arasında qiymət fərqi ilk dəfə olaraq 5,13 dollara çatıb.
Amerika Neft İnstitutu ABŞ-ın neft ehtiyatlarının ötən həftə ərzində 5,8 milyon barel azaldığını proqnozlaşdırır. Bu rəqəmlər "Harvi" qasırğasının neft sektoruna zərbə vurmasından əvvəlki göstəricilərə əsasən ortaya çıxıb. Hesabatda benzin ehtiyatlarının 480 min barel, digər yanacaq növlərinin isə 490 min barel azaldığı qeyd olunur.
Birja iştirakçıları ABŞ Energetika Nazirliyinin bu gün açıqlayacağı rəsmi hesabatı gözləyirlər. Son üç həftə ərzində nazirliyin açıqladığı rəqəmlər Amerika Neft İnstitutunun proqnozlarından artıq olub, analoji halın bu həftə də təkrarlanacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub