Hacıqabul polisi reyd keçirdi, xeyli silah-sursat toplandı
Hacıqabul sakinlərindən 15 ədəd qanunsuz saxlanılan və sənədləri olmayan ov silahları götürülüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməliyyat tədbirləri planına uyğun olaraq şöbənin ictimai təhlükəsizlik bölməsi xidmətinin əməkdaşları tərəfindən aparılmış profilaktik tədbirlər nəticəsində rayon ərazisində əllərdə qanunsuz saxlanılan 15 ədəd silah-sursat götürülüb. Müxtəlif çaplı və markalı mülkü silahlarla yanaşı 60 ədəd patron, siqnal tapançası və patron daraqları da götürülüb. Hacıqabul Polis Şöbəsi vətəndaşlardan qanunsuz saxlanılan ov və digər odlu silahları könüllü şəkildə polisə təhvil vermələrini xahiş edir. Bu zaman onların məsuliyyətdən azad ediləcəyi vəd olunur. Əks təqdirdə qanunsuz silahları evində saxlayan şəxsləri inzibati qaydada cərimə sanksiyaları, digər hallarda isə hətta cinayət məsuliyyəti gözləyir.
Qeyd edək ki, könüllü təhvil verilməyən silah sahiblərinə qarşı inzibati qaydada cərimə sanksiyaları tətbiq edilib. Polis tərəfindən profilaktik əməliyyat və axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub