Elektrik xəttini bağlayarkən cərəyan vurdu - ASTARADA FACİƏ

Ödəməli olduğu borca görə evinə gələn elektrik enerjisi kəsilən Astara sakini bədbəxt hadisənin qurbanı olub. Elektrik naqilini qoşmaq istəyərkən onu cərəyan vuraraq öldürüb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Kənd sakini, 43 yaşlı Anar Mürşüdovun evinə gələn elektrik enerjisi Astara rayon Elektrik Paylayıcı Şəbəkəsinin əməkdaşları tərəfindən kəsilib. Elektrik naqilini qeyri-qanuni üsulla özü qoşmaq istəyən A.Mürşüdovu cərəyan vurub.

Ağır xəsarət alan Anar dərhal yaxınlarının köməkliyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR