Seysmoloq: "Yaxın vaxtlarda Azərbaycanda güclü zəlzələ gözlənilmir"
"Yaxın vaxtlarda ölkə ərazisində gülcü zəlzələ olacağı gözlənilmir. Ümumiyyətlə, zəlzələni əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil".
Bu açıqlamanı APA TV-yə Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya Şöbəsinin müdiri Tahir Məmmədli bildirib. O deyib ki, hazırda Xəzər dənizindəki zəlzələ ocaqlarından ən aktivi 2000-ci ilin 25 noyabr tarixində baş verən zəlzələnin episentrindəki ocaqdır:
"Həmin potensial ocaq 2000-ci ildə 6-7 bal zəlzələ törətmişdi. Bizim hesablamalara görə, həmin ocaqda daha yüksək intensivliyə malik zəlzələ baş verə bilər. 2000-ci ildə maqnitudası Rixter şkalası üzrə 6,2 olmuşdu. Orada indi 7 də ola bilər. Əgər elə bir intensivlik olarsa, Bakıda 8 bal yarada bilər. Bu, mümkündür. Biz göstəririk ki, bu ola bilər, amma nə vaxt olacağını deyə bilmərik".
Alim həmçinin çox zaman əhalidə təşviş yaratmaq məqsədilə bəzi insanlar tərəfindən verilən elmi əsasdan kənar proqnozlara da toxunub:
"Mətbuatda, televiziyada bəzi insanlar çıxıb proqnozlar verirlər ki, zəlzələ gözlənilir, bu balda zəlzələ olacaq. Seysmologiya elmindən xəbəri olan seysmoloqlar bu fikri heç vaxt deməzlər. Seysmologiya elmindən uzaq adamlar, bu sahəni bilməyən insanlar çox sadəlövhcəsinə proqnozlar verməyə çalışırlar. Dünyada zəlzələni xəbər vermək hələ ki mümkün olmamışdır və inanmıram ki, yaxın 50 ildə kimsə bunu eləsin".
Ekspert bildirib ki, hazırda respublika üzrə fəaliyyət göstərən 35 seysmik stansiyada müşahidələr aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub