Gədəbəydə polisləri təhqir edib, müqavimət göstərən gənclər saxlanıldı
Görüntülər avqust ayının 25-də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı ilə Gədəbəy rayon Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdiyi reyddə qeydə alınıb. Həmin vaxt yol polislərinin qanuni tələblərini yerinə yetirməyən sürücü, Söyüdlü kənd sakini Samir Ələkbərov və onun sərnişini Gədəbəy sakini Pənah Bayramlı asayiş keşikçilərini təhqir etməkdən belə çəkinməyib. Hadisədən sonra hər iki şəxs ərazini tərk edib:
Gədəbəy Rayon DYP bölməsinin rəisi Seymur Quliyev həmin şəxslər saxlanılaraq barələrində rayon məhkəməsinin qərarı ilə 30 gün müddətinə inzibati qaydada tədbir görüldüyünü bildirib: "Gədəbəy şəhər sakini Bayramlı Pənah Ramiz oğlu və Ələkbərov Samir Fərhad oğlu sonuncuya məxsus "Toyota Prado" markalı 99 FN 962 dövlət nömrə nişanlı avtomobillə polisin qanuni tələbinə əməl etməyərək tədbir yerindən yayınıblar, hazırda onlar barəsində qanun çərçivəsində tədbirlə görülüb".
Saxlanılan Pənah Bayramlı həmin gün yaxın qohumunun toy məclisində xeyli miqdarda spirtli içki qəbul etdiyini etiraf edib. Sərxoş olduğundan baş verənləri yaxşı xatırlamayan gənc peşmançılığını da gizlətməyib: "Mən toyda içmişdim. Bilmirəm necə oldu bu hadisə baş verdi. Əməlimdən çox peşmanam".
Sürücü Samir Ələkbərov isə hadisə vaxtı sərxoş olmadığını deyib. Ələkbərov sadəcə əsəblərini cilovlaya bilmədiyini və bu səbəbdən də arzulamadığı hadisə ilə qarşılaşdığını qeyd edib: "Mən ayıq olmuşam. Sadəcə bir anlıq əsəbiləşdim. İstəmədən oldu, çox peşmanam".
İçkinin və əsəbin toruna düşən hər iki şəxsin sonrakı peşmançılığı isə faydasız olub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub