Rusiyanın ən varlı xanımlarının siyahısı açıqlandı - BATURİNA LİDERDİR
Forbes Woman jurnalı Rusiyanın ən varlı xanımlarının reytinq cədvəlini açıqlayıb. APA TV-nin məlumatına görə, 25 varlı xanımın ümumi sərvətinin həcmi bir il ərzində 25 faiz artıb.
Reytinq cədvəlinə yenə də Moskvanın sabiq meri Yuri Lujkovun xanımı, "İnteco Management" şirkətinin prezidenti Yelena Baturina başçılıq edir. Onun sərvəti bir il ərzində cəmi 100 milyon dollar artıb, bu, Baturiyanın siyahıda birinci olmasına maneçilik törətməyib. Hazırda Yelena Baturinanın ümumi sərvəti 1 milyard dollar dəyərində qiymətləndirilir. Sahubkar Yelena Rıbolevlevanın varidatı Baturinanın sərvətindən 400 milyon dollar azdır. Üçüncü yeri 600 milyon dollar sərvətə sahib Natalya Fileva tutur, o hazırda "S7" şirkətlər qrupuna rəhbərlik edir.
Yeni siyahıda Vahid Ələkbərovun və Vladimir Qruzdyevin həyat yoldaşları, Gennadi Timçenkonun qızı və Tatarıstan prezidentinin xanımı da ilk dəfə yer alıb. Xatırladaq ki, Gülsina Minnixanova "Forbes"in dünən açıqladığı dövlət məmurlarının ən varlı xanımları siyahısında birinci yeri tutmuşdu.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub