Oğuz rayonunda dağlıq-meşəlik ərazi yanır - HADİSƏ YERİNDƏN
Oğuzda dağlıq-meşəlik ərazidə yanğınlar davam edir. APA TV-nin yerli bürosunun məlumatına görə, avqustun 28-i gündüz saatlarından başlayaraq Oğuz rayonunun Xaçmaz kəndinin inzibati ərazisinin həmsərhədində yüksək dağlıq-meşəlik ərazilərdə yanğın başlayıb.
Yanğın baş verən ərazilər yüksəklik olduğundan və texnikanın əraziyə hərəkət edə bilməməsi səbəbindən əraziyə yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 36 nəfər şəxsi heyəti, Mülki Müdafiə Qoşunlarının və Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Aviasiya dəstəsinin 1 ədəd yanğınsöndürmə helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon Meşələrin mühafizəsi və bərpası müəssisəsinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsi işinə cəlb ediliblər.
Yanğın baş verən ərazilərdə əsasən xəzəl, quru ot, kol-kos və yerə yıxılan qurumuş ağaclar yanır. Ötən gündən başlayan yanğının söndürülməsi prosesi davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub