Qabanı vurmaq istədi, barmaqlarını itirdi - BALAKƏNDƏ
Balakəndə 53 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində barmaqlarını itirib.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Qazma kənd sakini, 1964-cü il təvəllüdlü Qurban Sulxay oğlu Sulxayev odlu silahdan açılan atəş nəticəsində yaralanma xəsarəti ilə Balakən Mərkəzi Rayon xəstəxanasına (MRX) daxil olub.
53 yaşlı Qurban Sulxayev yaşadığı kəndin inzibati ərazisində, özünə məxsus qarğıdalı sahəsində qarğıdalıya ziyan verən çöl qabanını vurmaq istəyib. Qurban Sulxayev ov tüfəngi ilə ehtiyatsız davrandığından tüfəngdən açılan atəş onun sağ əlinə dəyib. Atəşin zərbəsindən Qurban Sulxayevin əli dağılıb, birinci və ikinci barmaqları üzülüb. Qurban Sulxayevin əlində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub