Aclıq, qorxu, vəhşi heyvanlar: "Harvi" səmtini dəyişir - TRAMP FƏLAKƏT BÖLGƏSİNƏ GEDİR
"Harvi" qasırğası bir neçə gündür Texası cənginə alıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, nəticədə ölənlərin sayı 10 nəfərə çatıb, 8 min nəfər isə ərazidən evakuasiya olunub.
Bu arada, rəsmilər "Harvi"nin sürətlə Luiziana ştatına doğru irəlilədiyini açıqlayıb. Qasırğanın əhatə etdiyi bölgələrin əhalisi ərzaq qıtlığından əziyyət çəkir. Nyu-York rəsmiləri fəlakətin ziyan vurduğu bölgələrə humanitar yardım göndərib.
Texas ştatına gəlincə, ərazi tamamilə suyun altında qalıb. Hyuston və ətraf ərazilərdə isə 6 aylıq norma üzrə yağıntı düşüb. Burada da rəsmilər əhalinin daha təhlükəsiz yerlərə təxliyə edilməsilə məşğuldur. Son məlumatlara görə, artıq 8 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib: "Mən çölə çıxdım və sadəcə qışqırmağa başladım".
Təbii fəlakətdən ən çox əziyyət çəkən ərazinin yaşlı sakinləridir. Xilasedicilər əsasən onların təxliyəsi zamanı problemlərlə qarşılaşır.
Sinoptiklər isə hələlik nikbin proqnoz verməyə tələsmir. Onların sözlərinə görə, yaxın vaxtlarda qasırğa dalğası Luizianaya çatacaq, Texası isə indikindən iki dəfə artıq sel dalğası bürüyəcək.
Bu arada ABŞ prezidenti Donald Tramp vəziyyətlə tanış olmaq üçün avqustun 30-da şəxsən Texasa səfər edəcəyini açıqlayıb: "Çox dəhşətli faciədir. Mən sabah şəxsən Texasa gedərək, görülən işlərə rəhbərlik edəcəyəm. Döyüş ruhu belə hallarda çox vacibdir. Bu, çox gözləniləz oldu, lakin belə hallarda müxtəlif xidmətlərin koordinasiyası vacibdir".
Yeri gəlmişkən, rəsmilər təbii fəlakətin vurduğu maddi ziyanla bağlı qorxunc rəqəm açıqlayıb. İlkin hesablamalara görə, qasırğa nəticəsində ABŞ-ın büdcəsinə ümumilikdə 40 milyard dollar ziyan dəyib. Xilasedicilərin işini çətinləşdirən daha bir faktor su altında qalmış evlərdə timsah və ilanların yuva salmasıdır. Rəsmilərin göstərişinə əsasən anbarlarda yığılan suyun boşaldılmasına başlanılıb. Bununla ümumi su miqdarının azaldılması hədəflənir. Ştat rəhbərliyi əks halda su səviyyəsinin daha da artacağından ehtiyatlanır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub