Kabildə ABŞ səfirliyinin yaxınlığında partlayış törədildi: ölənlər var

ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında partlayış baş verib.

 

APA TV-nin"Reuters"ə istinadən verdiyi məlumata görə, partlayış "Kabul Bank"ın bölməsinin çıxışında, ABŞ diplomatik missiyasının yaxınlığında törədilib.

 

Partlayışda dörd nəfər həlak olub, üç nəfər yaralanıb.

 

Bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danş "Twitter" səhifəsində yazıb.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR