ABŞ ən müasir atom bombalarını sınaqdan keçirdi - ŞİMALİ KOREYAYA CAVAB
ABŞ Hərbi Hava Qüvvələri ölkənin Milli Nüvə Təhlükəsizliyi İdarəsi ilə birlikdə iki atom bombasının sınağını keçirib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, B61-12 bombalarının sınağı Nevada ştatında baş tutub.
Bombalar F15E təyyarəsindən atılıb. B61-12 1968-ci ildə hazırlanan B61-in ən müasir 12-ci versiyasıdır.
Bu vaxta qədər ABŞ arsenalında sözü gedən bombanın 3, 4, 7 və 10-cu versiyaları sınaqdan uğurla çıxıb.
B61-12 2020-ci ildən sonra Avropada ABŞ hərbi bazalarına əvvəlki versiyaların əvəzlənməsi üçün göndəriləcək.
Bu ailədən olan sursatların modernləşdirilməsi üçün 9,5 milyard dollar xərclənib.
OXŞAR XƏBƏRLƏR
12:50
917
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
911
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1254
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
789
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
789
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
621