Bakıda xəzri əsəcək, bəzi yerlərdə yağış yağacaq

Avqustun 30-da Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

 

Mülayim şimal-qərb küləyi  əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə  22-25, gündüz  30-35, Bakıda gecə  23-25, gündüz  33-35 dərəcə isti olacağı gözlənilir.

  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti təşkil edəcək.      

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 19-24, gündüz  33-38, dağlarda gecə 14-19, gündüz  23-28 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR