Ovçunun gülləsi özünə dəydi - ZAQATALADA
Zaqatala sakini ov edərkən yaralanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, Zaqatala şəhəri, S. Kazımov küçəsində yaşayan 1968-ci il təvəllüdlü Əhməd Ömər oğlu Məmmədov sağ qolunda çoxsaylı qırma yarası xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.
Əhməd Məmmədovun müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Rayon hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, Əhməd Məmmədov ilkin ifadəsində rayonun "Meşleş" adlanan dağlıq meşəlik ərazisinə ov etmək üçün getdiyini və ovda olarkən ehtiyatsızlıqdan yıxıldığını bildirib. Əhməd Məmmədov yıxılan zaman əlində olan ov tüfəngindən açılan atəş onun sağ qoluna dəyib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub