İŞİD pornoulduzu edamla hədələdi - HİCABDA FİLMƏ ÇƏKİLİB

İŞİD terrorçuları pornoulduz, Livan mənşəli ABŞ vətəndaşı Mia Xəlifəni ölümlə hədələyib. Bu barədə Mia Xəlifə özü açıqlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, terrorçular onu dini alçaltdığına görə edam etmək istəyir.

Xəlifə bildirir ki, artıq ona montaj edilmiş qorxunc fotolar göndərilib. Həmin fotolarda pornoaktrisa başı kəsilmiş şəkildə əks olunur: "Mən əvvəllər belə göndərişləri qəbul etmirdim, amma hər şeyin bir həddi var. Artıq çox qorxuram".


Xatırladaq ki, sözü gedən aktrisa müsəlmanlar üçün xüsusi önəm kəsb edən hicabda filmlərə çəkilib. O, bu məsələyə də aydınlıq gətirərək həmin filmlərdə kimsəni təhqir etmək istəyində olmadığını vurğulayıb.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR