Hər qaçqına 2500 avro təklif edilir: GERİ DÖNMƏLƏRİ MÜQABİLİNDƏ

Avropa ölkələri qanunsuz miqrantlara qarşı mübarizəyə başlayır. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Parisdə məsləhətləşmələrə başlanıb.

Fransa paytaxtında qanunsuz miqrantların qitəyə girişini məhdudlaşdırmaq üçün yollar axtarılır.

Xatırladaq ki, Avropa Birliyi rəhbərliyi üzv ölkələrin bu problemdən ciddi əziyyət çəkdiyini etiraf edib. Buna görə də miqrasiya məsələlərini tənzimləmək üçün yeni qanunun hazırlanması vacib sayılır.

Qeyd edək ki, Fransa hökuməti hər bir qaçqına bu il ərzində geri dönəcəyi təqdirdə 2500 avro ödəməyə hazır olduğunu bildirib.

 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR