"Harvi" qasırğasının neftin qiymətinə təsiri davam edir
Birja iştirakçılarının diqqəti yenə də "Harvi" qasırğasının nəticələrinə yönəlib. ABŞ Ekoloji Nəzarət və Təhlükəsizlik Bürosu qasırğa səbəbilə Meksika körfəzində gündəlik hasilatın 379 min barel azaldığını açıqlayıb. Qasırğanın əsas zərbəsi gündə 8,9 milyon barel neft hasil olunan Luiziana və Texas ştatlarına dəyib. Sutkada 2 milyon barelə yaxın neft emal edən müəssisələr fəaliyyətlərini müvəqqəti olaraq dayandırıblar. Analitiklər "Harvi" qasırğasının neft bazarına təsirinin bir neçə həftə davam edəcəyini proqnozlaşdırılır.
Birjalarda "Brent" markalı neft 51,55 dollardan satılır, Qərbi Texas neftinin qiyməti isə 46,77 dollara enib. Son bir neçə ildə ilk dəfə olaraq iki marka arasında fərq 5 dollara yaxınlaşır, bu, qasırğa səbəbilə ABŞ neftinə marağın azalması ilə izah olunur.
Bu gün Amerika Neft İnstitutu ölkənin neft ehtiyatlarının həcminə dair növbəti həftəlik proqnozu açıqlayacaq. Analitiklər ölkənin neft ehtiyatlarının rekord həddə azalacağını iddia edirlər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub