Qurban bayramında güclü geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Günəşin səthində böyük ölçüyə malik növbəti tac dəliyi formalaşdıb.


Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

 

Onun sözlərinə görə, tac dəliyindən yüksək sürətli Günəş küləyi (yüklü zərrəciklərdən ibarət plazma) öz başlanğıcını götürərək planetlərarası fəzaya, o cümlədən Yerə doğru yönəlmiş olur. Direktor müavini vurğulayıb ki, tac dəliyindən "əsən" Günəş plazma küləyinin təsirlərinin 1-2 sentyabr tarixlərində Yerə çatması gözlənilir.
 

Sentyabrın 1-2-də müşahidə olunacaq budəfəki geomaqnit qasırğasının səbəbi bilavasitə Günəş alışması yox, tac dəliyindən başlanğıcını götürən Günəş plazma küləyi olacaq.

 

Qeyd edək ki, sentyabrın 1-2-si Qurban bayramına təsadüf edir.  

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR