Qətlə yetirilən tanınmış aktyorun nəşi ailəsinə verildi: bu gün dəfn ediləcək
İstanbulda oteldə meyiti tapılan məşhur aparıcı-aktyor Vatan Şaşmaz və keçmiş model Filiz Akerin nəşləri ailələrinə təhvil verilib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, meyitlər məhkəmə-tibb ekspertizasında müayinə edilib. Daha sonra mərhumların yaxınları cənazələri təhvil alıblar.
Vatan Şaşmazın avqustun 29-da dəfn ediləcəyi gözlənilir.
İstabul polisi Vatan Şaşmaz və Filiz Akerin ölümü ilə bağlı araşdırmaları davam etdirir. Otelin təhlükəsizlik kamerasının görüntülərinə baxış keçirilib, hadisənin baş verdiyi otaqda üçüncü şəxsin olmadığı təsdiqlənib. İlkin ehtimala görə, Filiz Aker otaqdan çıxmaq istəyən Vatan Şaşmazı arxadan güllələyib, daha sonra isə intihar edib.
OXŞAR XƏBƏRLƏR
12:50
923
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
920
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1262
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
789
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
789
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
621