Dağıstanda əməliyyat: 2 terrorçu məhv edilib, təhlükəsizlik orqanı da itki verib

Dağıstanın Xasavyurd şəhəri yaxınlığında keçirilmiş antiterror əməliyyatı zamanı 2 terrorçu öldürülüb, 2 əməliyyatçı həlak olub. APA TV-nin “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bundan əvvəl bir terrorçunun məhv edildiyi, bir əməliyyatçının həlak olduğu bildirilirdi.

 

Milli Antiterror Komitəsinin məlumatına əsasən, əməliyyat zamanı baş verən atışma nəticəsində Xasavyurd cinayətkar qruplaşmasına daxil olan 2 terrorçu öldürülüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Mülki əhali arasında zərərçəkən olmayıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR