“Hizbullah” İŞİD üzərində qələbə qazanıldığını elan etdi

Suriya ordusu və Livanın “Hizbullah” hərəkatının döyüşçüləri Suriya-Livan sərhədində yerləşən dağlıq Kalamun bölgəsini İŞİD terrorçularından azad ediblər.

Avqustun 19-da Livan ordusu bir sıra dağlıq ərazilərin terrorçulardan azad edilməsi əməliyyatına başlayıb. Bundan əvvəl yayılan məlumatda bildirilirdi ki, terrorçuların nəzarətində olan 120 kvadrat kilometrdən 100-ü azad edilib. Eyni zamanda “Hizbullah” hərəkatı Suriya ordusu ilə birgə Suriya-Livan sərhədində əməliyyat keçirib. Nəticədə 90 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

 

"Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrulla bəyan edib ki, "Hizbullah" İŞİD-ə qarşı əməliyyat çərçivəsində Livanla Suriya sərhədində qoyulan bütün məqsədlərə nail olunub. Onun sözlərinə görə, İŞİD-ə qarşı hərbi əməliyyatlar zamanı "Hizbullah"ın 11, Suriya ordusunun 7 döyüşçüsü həlak olub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR