Hər gün min nəfər müsəlman öldürülür - BU ÖLKƏDƏ

Myanmada (Myanma İttifaqı Respublikasında) üç gün ərzində 3 minə qədər müsəlman qətlə yetirilib.

 

APA TV-nin məlumatına görə, qətliam Myanmanın Arakan bölgəsində həyata keçirilir. İnformasiyanı Avropa Rohingya Şurasının sözçüsü Anita Şuq paylaşıb. Müsəlmanlara qarşı təqib və qətlləri buddistlər həyata keçirir.

 

Myanma İttifaqı Respublikasında 1982-ci ildə qəbul olunan qanunla vətəndaşlıq haqlarını itirən arakanlı müsəlmanlar "dövlətsiz" sayılır. Ölkə əhalisinin cəmi 4 faizi müsəlmanlar təşkil edir. BMT tərəfindən "əziyyət görən dini azlıq" olaraq qəbul olunan Myanma müsəlmanları həm şiddətə, həm də hüquqi, iqtisadi və ictimai ayrı-seçkiliyə məruz qalır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR