Səlim Müslümov Samuxda qəbul keçirib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Samux rayonunda bu rayonun, eləcə də Daşkəsən, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, müraciətlər imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və reabilitasiya xidmətləri ilə təmin edilməsi, ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, sosial sığorta, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib. Hər bir müraciətə diqqətlə yanaşılıb və qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. Müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin araşdırılması və nəticəsi əsasında tədbirlər görülməsi tapşırılıb.
Qəbul zamanı müraciətlərinə əsasən, bir sıra vətəndaşların iş yerləri ilə təmin olunmaları üçün yerindəcə tədbirlər görülüb, nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Ayrı-ayrı vətəndaşlar nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri, ehtiyaclarına uyğun olaraq müxtəlif protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub