Rusiya hərbçiləri Türk ordusunun hədəfində olan şəhərə girdi - GƏRGİNLİK ARTDI
Suriyada rus ordusu və polis birləşmələrinin PYD-nin nəzarəti altında olan Tel Rıfata girdiyi bildirilir. APA TV-nin Türkiyə mətbuata istinadən məlumatına görə, Tel Rıfat "Fərat Qalxanı" əməliyyatının keçirildiyi bölgədə Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu ilə sərhəd ərazidə yerləşir.
Rusların bölgəyə girməsi gərginliyi artırıb. Türkcə Danışan Ölkələrarası Jurnalistlər Dərnəyinin başçısı Güngör Yavuzaslan hadisə ilə bağlı "Suriyada həm ABŞ, həm də Rusiya terror təşkilatı PKK ilə birlikdə çoxlu işlər görür" deyib.
Rus ordusunun şəhərdə olmasını göstərən fotolar bu gün səhər yayılıb. Fotolardan Rusiyaya məxsus hərbi konvoyun şəhər küçələrində olduğu görünür.
Qeyd edək ki, bu bölgədə son günlər YPG terrorçuları ilə Azad Suriya Ordusu arasında şiddətli döyüşlər gedirdi. Türkiyənin Tel Rıfat üzərindən Afrinə əməliyyat keçirəcəyi söhbətləri də mətbuatda yayılmışdı.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub