ABŞ-ın Moskvadakı səfiri: "Rusiya İranla bağlı mövqeyini qətiləşdirməlidir"
"Bəşər Əsədin Suriyanın gələcəyindəki rolu ilə bağlı Rusiya ilə aramızda fikir ayrılıqları qalmaqdadır".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Tefft bildirib.
Səfir deyib ki, İranın Suriyadakı mövqeyi də fikir ayrılığı yaradan səbəblərdəndir və Rusiya bu məsələdəki mövqeyini qətiləşdirməlidir.
Bununla belə C. Tefft vurğulayıb ki, anlaşılmazlıqlara baxmayaraq ölkəsi İŞİD-i məhv etməkdə qərarlıdır:
"İŞİD Avropa, ABŞ və elə Rusiyanın özündə də terror aktları törədib. Buna görə də biz bütün dünya üçün təhlükə olan bu qruplaşmanı məhv etməliyik" - deyə, diplomat qeyd edib.
Diplomat eyni zamanda iki ölkənin Suriya yanaşmasındakı oxşarlıqlara da toxunaraq, birgə səylərlə ölkənin cənub-şərqində atəşkəsə nail olunduğunu və Əmmanda monitorinq mərkəzinin yaradıldığını misal göstərib, bütün bunlara rəğmən görüləcək işlərin hələ çox olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub