DGK sədri vətəndaşları qəbul etdi
"Gömrük Məcəlləsinin qəbulu ilə bağlı bir çox məsələdə yeniliklər artıq tətbiq olunmağa başlayıb. Ümid edirik ki, ilin sonuna qədər Gömrük Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı digər qaydalar və normativ aktlar qəbul olunacaq ".
APA Tv-nin xəbərinə görə, bunu Şirvan şəhərində vətəndaşları qəbul edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, Aydın Əliyevin Şirvanda keçirdiyi görüşdə Kürdəmir, Ağsu, Şamaxı, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edib. Qəbul zamanı vətəndaşların gömrük problemləri ilə əlaqədar şikayətlər, işə qəbul və gömrük proseduralarına dair təkliflər komitə sədri tərəfindən dinlənilib. Bəzi məsələlərin yerində həll olunması, digər məsələlərin isə uyğun qurumlara göndərilməsi üçün komitə sədri tərəfindən göstərişlər verilib.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI