Göyçayda "Təmiz hava aylığı": Sürücülər cərimələndi
Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində Göyçay şəhərinin küçələrində yolunda reyd keçirilib.
APA TV-nin yerli bürosunun məlumata görə, reydin keçirilməsində əsas məqsəd "Təmiz hava" aylığı çərçivəsində avtomaşınlardan havaya buraxılan artıq dəm qazını aşkar etmək olub. Reyd zamanı bəzi sürücülərin avtomobilləri nasaz vəziyyətdə və qanunsuz idarə etdiyi aşkarlanıb.
Həmin sürücülər saxlanılaraq barələrində müvafiq qaydalara uyğun olaraq cərimələr tətbiq edilib. Reyd zamanı 30 nəqliyyat vasitəsi saxlanılıb, onlardan iyirmisinin sürücüsü idarə etdiyi avtomobilin havaya normadan artıq dəm qazı buraxmaqla atmosferi həddən artıq çirkləndirməsinə görə inzibati qaydada məsuliyyətə cəlb olunub. Yoxlamalar zamanı taksi fəaliyyəti ilə qeyri-qanuni məşğul olan, sürücülük vəsiqəsi olmadan texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan nəqliyyat vasitələri saxlanılaraq həmin sürücülər cərimə olunub.
"Təmiz hava" aylığı çərçivəsində belə reydlərin avqustun sonunadək davam etdirilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub