Stoltenbeq: "Avropa İttifaqı NATO-dan asılıdır"

"Avropa İttifaqı təhlükəsizlik baxımından asılıdır və NATO olmadan özünü qoruya bilməyəcək".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirlər alyansın baş katibi Yens Stoltenberqə məxsusdur. İttifaqın təhlükəsizlik məsələsinə toxunan baş katib bildirib ki, bu məsələdə qurum NATO-ya rəqib yox, müttəfiq olmalıdır.

 

"Biz Avropada çoxsaylı qüvvələrə malik olmaq və müdafiə xərclərini artırmaq istəyirik, amma bu heç də Avropa ordusu və komandanlığının yaradılması demək deyil. NATO Avropada təhlükəsizliyin qarantıdır və ittifaq bu məsələdə alyansdan asılı vəziyyətdədir".

 

Onun fikrincə "Brexit"dən sonra müdafiə xərclərinə xeyli vəsait ayıran İngiltərə və ABŞ Avropa İttifaqından kənarda qalacaq, şərq cinahındakı dörd hərbi qüvvədən üçü ittifaq xaricindəki ölkələrin komandanlığına düşəcək. Buna görə də bu ölkələrin köməyi olmadan heç nə mümkün deyil. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR