"Harvi" qasırğası nefti bahalaşdırır
"Harvi" qasırğası Meksika körfəzində yerləşən neft hasilatı müəssisələrinin 22 faizini sıradan çıxarıb. APA TV-nin məlumatına görə, bu amil alıcıların Qərbi Texas neftinə marağını azaldıb. Meksika körfəzində gündəlik 380 milyon barel neft hasil olunur, körfəzdən neft daşımalarını həyata keçirən şirkətlərin hamısı qasırğa ilə əlaqədar fəaliyyətini dayandırıb.
"Exxon Mobil" şirkəti isə Beytaunda yerləşən neft emalı zavodunu bağlayıb. Bu zavod gündə 560 min barel neft hasil edirdi. Royal Dutch Shell şirkəti isə Pasadendə gündəlik 325 min barel neft emal edən zavodun bir həftəlik bağlandığını bəyan edib. Phillips şirkəti də Sunnidəki emal zavodunun fəaliyyətinə fasilə verib, bu zavodda gündəlik 247 min barel neft emal olunurdu. Korpus-Kristi şəhərində və Hyustonda bütün zavodların bağlanması benzin çatışmazlığına səbəb olub, nəticədə ABŞ-da benzinin qiyməti bahalaşıb.
Qasırğa neftin qiymətini bahalaşdırıb, "Baker Hughes" şirkətinin açıqladığı hesabat bahalaşmanı sürətləndirir. Hesabata əsasən, ABŞ-da şist nefti hasil edən buruqların sayı həftə ərzində 4 vahid azalaraq 759-a düşüb.
Birjalarda həftənin ilk seanslarında "Brent" markalı neftin qiyməti 52,13 dollar təşkil edib, Qərbi Texas nefti isə 47,69 dollardan satılır. İki marka arasında qiymət fərqi yenə də 4 dollardan çoxdur, bu, qiymətlərin formalaşmasına ABŞ-ın neqativ təsirinin azaldığını göstərir.
OXŞAR XƏBƏRLƏR
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi