Ərini döyüb, arvadını zorladılar - TURİSTLƏRƏ QARŞI ŞİDDƏT

İtaliyada polyak turistlər üçün nəzərdə tutulmuş istirahət zonasında faciə yaşanıb. APA TV xəbər verir ki, kurort şəhəri olan Riminidəki Miramare çimərliyində 26 yaşlı bir qadın gecə vaxtı naməlum bir qrup tərəfindən zorlanıb. Onun əri isə vəhşicəsinə döyülüb. Cinayətkarlar cütlüyə aid şəxsi əşyaları da oğurlayıb.

Huşsuz halda olan turistləri ətrafdan keçənlər aşkar edib və hər ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Polisin məlumatına görə, hücum 4 nəfər quldur tərəfindən törədilib. Onların gizləndiyi bildirilir.

Hazırda araşdırma aparılır. Polşa mətbuatının yazdığına görə, cinayətkarlar Şimali Afrika mənşəli olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR