Məşhur türk aktyor və aparıcı hoteldə öldürüldü
Məşhur türkiyəli aktyor və aparıcı Vatan Şaşmaz İstanbulda hotellərdən birində ölü tapılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polislər otaqda V.Şaşmazın və keçmiş model Filiz Akerin meyitini aşkarlayıb.
İlkin versiyaya əsasən, Filiz Aker əvvəl odlu silahdan atəş açaraq 43 yaşlı aktyoru öldürüb, sonra isə intihar edib.
Hoteldə nömrənin F.Akerin adına rezervasiya olunduğu, təhlükəsizlik kameralarından heç kimin otağa daxil olmadığı məlum olub. Ancaq hansısa səbəbdən tərəflər arasında mübahisə yaranıb və bu vaxt qadın tanınmış aparıcını özü ilə gətirdiyi tapança ilə güllələyib.
Hadisə yerində istintaq qrupu işləyir.
OXŞAR XƏBƏRLƏR
13:56
109
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
935
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
933
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1273
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
791
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
792