Saxlanılan şəxs: "Polislər soruşdu, var? Dedim, var" - SİYƏZƏNDƏ ƏMƏLİYYAT
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həyətyanı sahəsində narkotik tərkibli çətənə kolu yetişdirən şəxs saxlanılıb. APA TV-nın Şimal bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1970-ci il təvəllüdlü Kərimov Həsrət Musa oğlunun həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb: "2-3 ildir çəkirəm, 2-3 aydır özüm üçün istifadə etməyə əkmişdim. Şöbənin işçiləri gəldilər, dedilər narkotik maddə var? Dedim var".
Rayonun Tağay kənd sakini, 1963-cü il təvəllüdlü Bəşirov Suliddin Xəlfə oğlunun həyətyanı sahəsindən isə 15 ədəd, ümumi çəkisi 2445 qram olan narkotik tərkibli çətənə kolu aşkar edilib: "Çöldə qoyun otaranda çətənə kolunun tumu tapmışam. Tumun götürüb əkmişəm. 2-3 il idi ki, istifadə edirdim".
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi