Daha bir şəhər İŞİD-dən azad edildi - OSMANLI QALASINDA BAYRAQ QALDIRILDI

İraq ordusu Telafer şəhərini İŞİD silahlılarından azad edib.

 

APA TV-nin "Sky News"a istinadən məlumatına görə, hərbçilər XVI əsrə aid Osmanlı qalasını ələ keçirib. Qalanın üzərində İraq bayrağı qaldırılıb.

 

2014-cü ildən İŞİD silahlılarının nəzərində olan şəhər ekstremistlərin ölkədəki sonuncu dayaq nöqtələrindən biri olub. İŞİD şəhərdən İraq və Suriya arasında keçid məntəqəsi olaraq yararlanıb.

 

Qeyd edək ki, şəhərin azad edilməsi üzrə əməliyyat avqustun 20-də başlayıb.

 



 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR