Bərdədə faciə: Maşın kanala aşdı, azyaşlı qardaşlar boğuldu
Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində iki qardaş kanalda batıb. APA TV-nin Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəcirəvan kəndində baş verib.
Kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi "VAZ 21011" markalı avtomobil kəndin ərazisindən keçən Yuxarı Qarabağ kanalına aşıb. Maşında olan sürücü Akif Abdulllayev sudan çıxsa da, qardaşı nəvələri 11 yaşlı Əsədov Asif Qulu oğlu və 13 yaşlı Əsədov Mirələm Qulu oğlu kanalda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Axtarışlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
13:56
104
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
935
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
931
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1273
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
791
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
792