Çin Şimali Koreya biznesinə qadağa qoydu

Çin Şimali Koreya vətəndaşlarının ölkədə biznes fəaliyyətini qadağan edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, rəsmi Pekin bunu BMT Təhlükəsizlik Şurası qətnaməsinin tələbləri ilə izah edib.

 

Eyni zamanda Çin şirkətlərinin Şimali Koreya iqtisadiyyatına investisiyalar yatırması, o cümlədən iki ölkə arasında birgə müəssisələrin yaradılması da yasaqlanıb.  Bundan əlavə Şimali Koreyadan Çinə dəniz məhsullarının idxalına da embarqo tətbiq olunub.

 

Qeyd edək ki, avqustun əvvəlində BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib, ABŞ prezidenti Donal Tramp isə rəsmi Pxenyanın nüvə sınaqlarına son qoymayacağı təqdirdə ölkəyə hərbi müdaxiləni istisna etməyib.

 



 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR