Türkmən şəhərində şiddətli döyüşlər: İŞİD SIXIŞDIRILIR

İraq ordusu Telafer şəhərinin mərkəzinə daxil olub. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, hökumət qüvvələri komandanlığından İŞİD-ə ağır zərbələr vurulduğu bəyan edilir.

Hazırda şiddətli döyüşlərin davam etdiyi bildirilir. Mosulun 70 kilometrliyində yerləşən Telafer İŞİD-in İraq ərazisində əlində saxladığı son şəhərdir. Əhalisinin əksəriyyətini türkmənlərin təşkil etdiyi şəhər olduqca strateji mövqedə yerləşir. Telafer vasitəsilə qruplaşma Suriya ərazisi ilə əlaqə saxlaya bilir.

Şəhərdə 2 mindən çox terrorçunun müqavimət göstərdiyi qeyd olunur. Onların çoxu başqa-başqa ölkələrin vətəndaşlarıdır. Terrorçular hazırda Telaferin şimal-şərq hissəsinə nəzarət edir. Həmin səmtlərdə on mindən çox dinc sakin yaşayır.

Telafer əməliyyatı avqustun 20-dən başlanıb. Əməliyyatda İraq ordusundan başqa "Haşdi Şabi", kürd silahlı qruplaşmaları iştirak edir. Əməliyyata ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya dəstək verir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR