Tovuzda avtomobil naməlum səbəbdən yanıb
Tovuzda minik avtomobili yanıb.
APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.
Rayon sakini Kamran İmamquluzadəyə məxsus "Opel Vectra" markalı avtomobil anidən alışmağa başlayıb.
Hadisə yerinə dərhal Tovuz rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb. Avtomobilin motorxanası yanaraq sıradan çıxsa da, digər hissələr alovdan mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR
13:56
109
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
936
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
933
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1273
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
791
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
792