"Harvi" qasırğası nefti bahalaşdırdı
ABŞ-da baş verən təbii fəlakət neftin bahalaşmasına səbəb olub. Birjalarda həftənin son iş günü "Brent" markalı neftin qiyməti 52,38 dollara qalxıb. Atlantik okean üzərində formalaşan "Harvi" qasırğası dünən axşam Meksika körfəzinə çatıb. Bir çox şirkətlər qasırğa ilə əlaqədar neft platformalarında işi saxlayıblar, Texasda isə neftayırma zavodunun fəaliyyəti dayandırılıb. Şist nefti yataqlarında infrastrukturun zədələnməsi, Meksika körfəzindən daşımalarında fasilələrin yaranması "qara qızıl"ı bahalaşdırıb.
Hesablamalara görə, qasırğa səbəbilə ABŞ-da gündəlik neft hasilatı 2 milyon barel azala bilər. Hazırda ölkədə gündəlik hasilat 9,53 milyon barel təşkil edir.
Bazarda qiymətlərin formalaşmasına ABŞ-da neft hasilatı ciddi təsir göstərir, bu səbəbdən ölkənin neft infrastrukturunda yaranan problem qiymətlərdə mütləq öz əksini tapır.
Birjalarda keçirilən son ticarət sessiyalarında Qərbi Texas neftinin bir bareli 47,87 dollardan satılıb. "Brent" və WTİ markaları arasında fərq 4,51 dollara çatıb, bu son iki ildə qeydə alınan ən böyük fərqdir.
OXŞAR XƏBƏRLƏR
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi